Bakı. Trend:
İtaliyanın "Yuventus" futbol klubu kanadalı hücumçu Conatan Devidin transferini tamamlayıb.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.
25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. O, komandaya sərbəst agent kimi qoşulub və illik 6 milyon avro maaş alacaq.
Qeyd edək ki, Devid son 5 mövsümü Fransanın "Lill" klubunda keçirib və bu müddətdə Fransa çempionluğunu qazanmağa nail olub.