Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı vasitəçilərə Qəzza zolağında son atəşkəs təklifinə cavab verib.
Trend-in məlumatına görə, bu barədə "HƏMAS"ın "Telegram" kanalında məlumat verilib.
"HƏMAS öz cavabını vasitəçilərə çatdırıb, hərəkat müzakirə olunan təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazırdır", - deyə bildirilib.
"HƏMAS" əlavə edib ki, cavabı müsbət olub.