...

"TikTok"ın alınması ilə bağlı razılaşma demək olar ki, hazırdır - Tramp

Dünya xəbərləri Materials 5 İyul 2025 08:21 (UTC +04:00)
"TikTok"ın alınması ilə bağlı razılaşma demək olar ki, hazırdır - Tramp

Bakı. Trend:

Çinin "ByteDance" şirkətindən "TikTok" sosial şəbəkəsinin alınması üzrə razılaşma demək olar ki, hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Vaşinqton iyulun 7 və ya 8-də Pekinlə bu məsələ ilə bağlı müzakirələrə başlamaq niyyətindədir.

"Demək olar ki, razılaşmamız hazırdır. Bazar ertəsi və ya çərşənbə axşamı Çinlə danışıqlara başlayacağıq. Düşünürük ki, yəqin ki, Çindən icazə almalıyıq. Bu dəqiq deyil, amma ehtimal olunur", - deyə o bildirib.

Qeyd edək ki, D.Tramp iyunun 29-da "Fox News" telekanalına müsahibəsində deyib ki, “bir qrup çox varlı insan” ByteDance-dən TikTok almağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti