...

Tramp Merts və Meloni ilə telefonla Ukraynadakı münaqişəni müzakirə edib

Dünya xəbərləri Materials 5 İyul 2025 06:24 (UTC +04:00)
Tramp Merts və Meloni ilə telefonla Ukraynadakı münaqişəni müzakirə edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertslə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə "Der Spiegel" jurnalı xəbər verib.

Məlumata əsasən, siyasətçilər Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi mövzusunu, eləcə də ticarət məsələlərini müzakirə ediblər.

Almaniya hökumətının mətbuat katibi Stefan Kornelius bildirib ki, Merts son günlər telefon danışıqlarında "havadan müdafiədə Ukraynaya dəstək verməyinin qətiyyətli tərəfdarı olub".

İtaliyanın "Ansa" qəzeti Trampın İtaliyanın baş naziri Corcia Meloni ilə də danışdığını və Ukraynadakı münaqişəni və ABŞ-ın ticarət tariflərini müzakirə etdiyini yazıb. C.Meloninin sözlərinə görə, ABŞ Ukraynaya silah və dəstəyi dayandırmayıb, lakin “konkret komponentlərin tədarükü ilə bağlı qərarı yenidən nəzərdən keçirib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti