Bakı. Trend:
Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Bildirilib ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ağazadə Şəbnəm Əhməd qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.