Bakı. Trend:
Fransa polisi La-Manş vasitəsilə Britaniyaya üzməyə çalışan qanunsuz miqrantların rezin qayıqlarını bıçaqla deşməyə başlayıb.
Trend bu barədə “The Times” qəzetinə istinadən xəbər verir.
“Fransa polisi ilk dəfə olaraq qayıqları bıçaqla deşərək, onlarla miqrantın La-Manşı keçməsinə əngəl olub”, -deyə qəzetdə dərc olunmuş məqalədə deyilir.
Materialda qeyd olunur ki, belə bir metodu Fransa polisi qanunsuz miqrantlarla bağlı yeni qanun çərçivəsində tətbiq edir.