...

Maks Ferstappen Britaniya Qran Prisinin sıralanma turunun qalibi olub

İdman Materials 5 İyul 2025 20:01 (UTC +04:00)
Maks Ferstappen Britaniya Qran Prisinin sıralanma turunun qalibi olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə 2025-ci il mövsümünün 12-ci mərhələsi olan Böyük Britaniya Qran Prisinin seçmə mərhələsində birinci yeri tutub.

Trend xəbər verir ki, yarışın sıralanma turu Silverstoun trasında keçirilib.

İkinci yeri “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri, üçüncü yeri isə onun komanda yoldaşı, britaniyalı Lando Norris qazanıb.

Qran Pri yarışı iyulun 6-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti