...

İspaniyada sərnişin təyyarəsi yanıb - Yaralılar var

Dünya xəbərləri Materials 5 İyul 2025 12:51 (UTC +04:00)
İspaniyada sərnişin təyyarəsi yanıb - Yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Mayorka adasında “Ryanair” loukoster aviaşirkətinə məxsus sərnişin təyyarəsinda yanğın baş verib.

Trend bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, insident Palma-de-Mayorka şəhər aerportunun ərazisində baş verib. Təyyarənin göyərtəsində alov meydana gəldikdən sonra içəridə olan sərnişinlər təşviş içində qəza çıxışından təyyarəni tərk etməyə başlayıblar.

Hadisə yerinə yanğın-mühafizə və polis dəstələri səfərbər olunub. Jurnalistlərin bildirdiyinə görə, hadisə nəticəsində 18 nəfər zərər çəkib.

“Onlardan altısı xəstəxanaya yerləşdirilib”, - deyə materialda qeyd olunur.

Yanğının səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti