...

Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 5 İyul 2025 17:20 (UTC +04:00)
Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcburi olması hazırda müzakirə predmeti deyil.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda məktəbəhazırlıq təhsilinin məcburi olması müzakirə predmeti olmadığı üçün bu barədə hər hansı dəyişiklik layihəsinin hazırlanmasına ehtiyac yaranmayıb.

Qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq ümumi təhsil pilləsinin ayrıca bir mərhələsidir. Müvafiq qanunun digər bəndinə əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti