...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 5 İyul 2025 12:42 (UTC +04:00)
Sabah hava necə olacaq?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +24 dərəcədən +27 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +12 dərəcədən +17 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti