...

Azərbaycan bankları may ayında bir milyarda yaxın Rusiya rublu alıb

İqtisadiyyat Materials 5 İyul 2025 14:56 (UTC +04:00)
Azərbaycan bankları may ayında bir milyarda yaxın Rusiya rublu alıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar 1,131 milyard Rusiya rublu alqı-satqısı həyata keçirib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 602,161 milyon Rusiya rublu və ya 2,1 dəfə artıb. Belə ki, 2024-cü ilin may ayı ərzində banklar 528,626 milyon Rusiya rublu alqı-satqısı həyata keçirmişdi.

Hesabat dövründə bankların Rusiya rublu alışının həcmi 970,760 milyon rubl, satışının həcmi isə 160,027 milyon rubl olub.

Rusiya rublu alışı illik müqayisədə 672,33 milyon rubl və ya 3,3 dəfə artıb, satışı isə 70,168 milyon rubl, yaxud da 30,5% azalıb.

2024-cü ilin bəhs olunan dövründə banklar 298,430 milyon rubl alış, 230,196 milyon rubl satış həyata keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti