...

Mingəçevirdə iki qayıq toqquşdu - Yaralılar var (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 İyul 2025 18:07 (UTC +04:00)
Mingəçevirdə iki qayıq toqquşdu - Yaralılar var (ƏLAVƏ OLUNUB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

05.07.2025-ci il tarixində saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.

Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

XXX

17:00

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində iki ədəd mühərrikli qayıq toqquşub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır", - deyə qurumdan qeyd edilib.

Xəbər lenti

Xəbər lenti