Bakı. Trend:
"Neftçi" klubu Kiprin AEK komandasında çıxış edən sağ cinah vingeri İmad Farajın transferini tamamlayıb.
Trend xəbər verir ki, əslən Mərakeşdən olan, Fransada doğulan və Fransa vətəndaşlığına malik 26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
İmad Faraj Fransanın U19 millisində çıxış edib və karyerası ərzində 254 oyunda 36 qol, 32 assistlə yadda qalıb. O, geridə qalan mövsümdə AEK heyətində 40 rəsmi matçda iştirak edib, 7 qol vurub və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Artıq iki gündür Bakıda olan futbolçunun sabahdan etibarən "Neftçi"nin məşqlərinə qoşulacağı bildirilib.