Bakı. Trend:
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Kayzerslautern" klubu "Reutlingen" komandasının 120 illik yubileyi münasibətilə keçirilən miniturnirdə iştirak edib.
Trend xəbər verir ki, bir gündə iki oyuna çıxan "Kayzerslautern" hər iki qarşılaşmada məğlubiyyətlə üzləşib. İlk matçda yubileyin təşkilatçısı olan "Reutlingen"ə 0:2 hesabı ilə uduzan Emrelinin komandası ikinci görüşdə də uğur qazana bilməyib – İsveçrənin "Sankt Qallen" klubuna 1:2 hesabı ilə məğlub olublar.
Mahir Emreli "Sankt Qallen"lə oyunda start heyətində meydana çıxsa da, fərqlənə bilməyib.