...

ABŞ HHQ hava məkanını pozan mülki təyyarəyə müdaxilə edib

Dünya xəbərləri Materials 6 İyul 2025 06:46 (UTC +04:00)
ABŞ HHQ hava məkanını pozan mülki təyyarəyə müdaxilə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 5-də ABŞ Prezidenti Donald Trampın səfərdə olduğu Nyu-Cersi ştatının Bedminster şəhərindəki qolf klubunun üzərində məhdudlaşdırılmış hava məkanına daxil olan mülki təyyarə səbəbindən ABŞ Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri havaya qaldırılıb.

Trend xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) nümayəndələri məlumat yayıb. Bildirilib ki, qırıcılar dərhal havaya qalxaraq təyyarənin qarşısını alıblar.

Komandanlıq qeyd edib ki, mülki təyyarə ərazidən təhlükəsiz şəkildə çıxarılıb və bu, əvvəllər bölgədə baş verən oxşar hava məkanı pozuntularından biridir.

Xatırladaq ki, Tramp hazırda sahibi olduğu Bedminster qolf klubunda istirahətdədir. Onun iyulun 5-nə rəsmi tədbir planında heç bir ictimai görüş nəzərdə tutulmayıb. ABŞ lideri tez-tez həftə sonlarını həmin qolf klubunda keçirir.

Xəbər lenti

Xəbər lenti