...

Trampla telefon danışığı ən məhsuldar söhbət oldu – Zelenski

Dünya xəbərləri Materials 6 İyul 2025 03:59 (UTC +04:00)
Trampla telefon danışığı ən məhsuldar söhbət oldu – Zelenski
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ Prezidenti Donald Trampla keçirdiyi telefon danışığını “indiyə qədərki ən yaxşı və məhsuldar söhbət” adlandırıb.

Trend xəbər verir ki, axşam videomüraciətində çıxış edən Zelenski bildirib ki, tərəflər hava hücumundan müdafiə (HHM) məsələlərini və xüsusilə “Patriot” sistemlərinin vacibliyini müzakirə ediblər:

“Mən kömək etməyə hazır olduğuna görə təşəkkür edirəm. Məhz Patriot sistemləri ballistik raketlərdən müdafiənin əsas açarıdır.”

Ukrayna lideri həmçinin birgə dron istehsalı ilə bağlı razılığın əldə edildiyini də açıqlayıb:

“Biz ABŞ ilə pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə artırılması barədə razılığa gəldik. Bu həftə Ukrayna Müdafiə Nazirliyi və ABŞ-nin aparıcı şirkətlərindən biri arasında müqavilə imzalanıb. Bu müqavilə Ukraynaya bu il yüz minlərlə pilotsuz təyyarə gətirəcək.”

Zelenski əlavə edib ki, gələcəkdə ABŞ və Ukrayna komandaları bu razılaşmaları geniş şəkildə işləyib, texniki və əməliyyat imkanlarını artırmağa çalışacaqlar.

Prezident qeyd edib ki, qarşıya qoyulan məqsədlər arasında dronların məhsuldarlığının artırılması, operatorların daha yüksək səviyyədə hazırlanması və hava hədəflərinin daha effektiv məhv edilməsi məsələləri də var.

Xəbər lenti

Xəbər lenti