Bakı. Trend:
Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda yarımfinal döyüşləri yekunlaşıb.
Trend xəbər verir ki, Azərbaycan millisinin üç üzvü – Sübhan Məmmədov (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq) və Məhəmməd Abdullayev (+90 kq) yarımfinal mərhələsində çıxış edərək bürünc medala sahib olublar.
Qeyd edək ki, sabah başa çatacaq Dünya Kubokunda 30 ölkədən 300-dən çox boksçu iştirak edir.