Bakı. Trend:
İlon Mask insanları kiçik termoyadro reaktorlarının tikintisinə resurs xərcləmək əvəzinə, günəşin sərbəst enerjisindən istifadə etməyə çağırıb.
Trend xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsində paylaşım edib.
Mask qeyd edib ki, "Günəş səmada nəhəng, sərbəst bir termoyadro reaktorudur. Yer üzündə kiçik termoyadro reaktorları qurmaq tamamilə cəfəngiyatdır".
O əlavə edib ki, hətta dörd Yupiter ölçüsündə enerji istehsal etsək belə, Günəş sistemində istehsal olunan enerjinin demək olar ki, 100%-ni Günəş təmin edəcək.
Mask insanları "acınacaqlı kiçik reaktorlara" pul xərcləməyə son qoymağa çağırıb.
