...

Azərbaycandan avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşımaları artıb

İqtisadiyyat Materials 16 Dekabr 2025 13:07 (UTC +04:00)
Azərbaycandan avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşımaları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan avtomobil nəqliyyatı vasitələri ilə 12,397 milyard ABŞ dolları dəyərində 5,778 milyon ton beynəlxalq yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,029 milyard ABŞ dolları və ya 9,1%, həcm ifadəsində isə 396,8 min ton və ya 7,4% çoxdur.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 2,287 milyard ABŞ dolları dəyərində 2,462 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 376,1 milyon ABŞ dolları və ya 19,7%, həcm ifadəsində isə 345,7 min ton və ya 16,3% artım deməkdir.

Eyni zamanda, cari ilin ilk 11 ayında avtomobil nəqliyyatı vasitəsilə Azərbaycana 10,110 milyard ABŞ dolları dəyərində 3,315 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 653,4 milyon ABŞ dolları və ya 6,9%, həcm baxımıdan isə 51,1 min ton və ya 1,6% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yüklərin daşınma vasitələri üzrə ümumilikdə 44,589 milyard ABŞ dolları dəyərində 53,808 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,5 milyard ABŞ dolları və ya 3,4% çox, həcm ifadəsində isə 642,4 min ton və ya 1,2% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 23,401 milyard ABŞ dolları dəyərində 44,146 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 936,6 milyon ABŞ dolları və ya 3,8% azalma, həcm ifadəsində isə 249,2 min ton və ya 0,6% artım deməkdir.

Eyni zamanda bu ilin ilk 11 ayında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 21,188 milyard ABŞ dolları dəyərində 9,662 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 12,9% çox, həcm baxımıdan isə 891,6 min ton və ya 8,4% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti