...

Donald Tramp fentanili kütləvi qırğın silahı kimi təsnif edəcək

Dünya xəbərləri Materials 16 Dekabr 2025 04:35 (UTC +04:00)
Donald Tramp fentanili kütləvi qırğın silahı kimi təsnif edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp fentanili kütləvi qırğın silahı kimi təsnif edən fərman imzalayacağını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında məlumat verib.

“Bu gün imzalayacağım bu tarixi icra sərəncamı ilə biz rəsmi olaraq fentanili kütləvi qırğın silahı kimi təsnif edirik və bu, məhz belədir. Heç bir bomba bunu edə bilməz”, - deyə Tramp bildirib.

O, problemin miqyasına diqqət çəkərək qeyd edib ki, administrasiyanın məlumatına görə, fentanil "hər il 200.000 ilə 300.000 arasında insanı" öldürür.

Xəbər lenti

Xəbər lenti