...

Xaçmaz rayonunda FHN işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2025 13:25 (UTC +04:00)
Xaçmaz rayonunda FHN işçilərinin peşə bayramı qeyd edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqaşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və FHN-in Şimal Regionunda fəaliyyət göstərən yerli strukturlarının şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin hörmətlə yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin strukturunda çalışan bütün əməkdaşları təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.

Son illər ərzində nazirlik tərəfindən fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, eləcə də yanğınlar və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görülüb.

Digər çıxış edənlər də FHN işçilərini peşə bayramı münasibətilə təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

FHN əməkdaşları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarında çalışan bir qrup əməkdaş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti