...

İlon Mask sərvəti 600 milyard dolları keçən ilk insan oldu

Dünya xəbərləri Materials 16 Dekabr 2025 03:55 (UTC +04:00)
İlon Mask sərvəti 600 milyard dolları keçən ilk insan oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Mask sərvəti 600 milyard dolları aşan ilk insan olub.

Trend xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Maskın xalis sərvətinin artımı kosmik tədqiqatlarda ixtisaslaşmış SpaceX şirkətinin bazar dəyərinin yenidən qiymətləndirilməsi ilə bağlıdır. Tender təkliflərinin başlamasından sonra şirkətin dəyəri avqust ayında 400 milyard dollardan dekabr ayında 800 milyard dollara yüksəlib.

"Forbes" jurnalı hesab edir ki, SpaceX səhmlərinin təxminən 42%-inə sahib olan Maskın xalis sərvəti 168 milyard dollar artaraq Moskva vaxtı ilə saat 20:00-da 677 milyard dollara çatıb.

Qeyd edək ki, İlon Mask əvvəlki rekorda da sahibdir: oktyabr ayında o, xalis sərvəti 500 milyard dolları keçən ilk şəxs olmuşdu.

Xəbər lenti

Xəbər lenti