Bakı. Trend:
Pakistan və Özbəkistanla qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair müqavilələr imzalanmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Qəbul olunan qanun layihəsi çox vacib qanundur və çox strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz gələcəkdə Pakistan və Özbəkistanla da belə qanun layihələri imzalamalıyıq ki, ikitərəfli, çoxtərəfli əlaqələrimiz daha da genişlənsin”, - deyə millət vəkili qeyd edib.
