Bakı. Trend:
Dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, reyestrin yaradılması və bu məlumatların bütün dövlət xidmətlərinin, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olar.
“Bu addım hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, dövlət rüsumlarından azadolma hüququ olan şəxslərin bu hüquqlarını hansısa arayışla təsdiq edilməsi mexanizlərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların operativ və şəffaf icrasının təmin edilməsinə xidmət edər”, - deyə deputat qeyd edib.
