Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan dəmir yolu nəqliyyatı vasitələri ilə 2,785 milyard ABŞ dolları dəyərində 6,435 milyon ton beynəlxalq yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 225,1 milyon ABŞ dolları və ya 7,5%, həcm ifadəsində isə 522,1 min ton və ya 7,5% azdır.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 826,2 milyon ABŞ dolları dəyərində 2,509 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 29,8 milyon ABŞ dolları və ya 3,8% artım, həcm ifadəsində isə 71,9 min ton və ya 2,8% azalma deməkdir.
Eyni zamanda, cari ilin ilk 11 ayında dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycana 1,959 milyard ABŞ dolları dəyərində 3,926 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 254,9 milyon ABŞ dolları və ya 11,5%, həcm baxımıdan isə 450,2 min ton və ya 10,3% azdır.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yüklərin daşınma vasitələri üzrə ümumilikdə 44,589 milyard ABŞ dolları dəyərində 53,808 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,5 milyard ABŞ dolları və ya 3,4% çox, həcm ifadəsində isə 642,4 min ton və ya 1,2% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 23,401 milyard ABŞ dolları dəyərində 44,146 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 936,6 milyon ABŞ dolları və ya 3,8% azalma, həcm ifadəsində isə 249,2 min ton və ya 0,6% artım deməkdir.
Eyni zamanda bu ilin ilk 11 ayında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 21,188 milyard ABŞ dolları dəyərində 9,662 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 12,9% çox, həcm baxımıdan isə 891,6 min ton və ya 8,4% azdır.
