Bakı. Trend:
ABŞ ordusu Sakit okeanın beynəlxalq sularında narkotik daşıyan üç katerə zərbə endirib, nəticədə səkkiz nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Pentaqonun “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Açıqlamada qeyd olunur ki, katerlər Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan məlum marşrutlar üzrə hərəkət edib və üzərlərində narkotik maddələr olub.
“Bu fakt kəşfiyyat məlumatları ilə təsdiqlənib. Katerlərə zərbələr endirilib və nəticədə səkkiz narkotik qaçaqmalçısı məhv edilib”, – deyə Pentaqonun məlumatında vurğulanıb.
