Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan hava nəqliyyatı vasitələri ilə 7,040 milyard ABŞ dolları dəyərində 40 142 ton beynəlxalq yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,346 milyard ABŞ dolları və ya 50% çox, həcm ifadəsində isə 37 430 ton və ya 48,2% azdır.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 345,050 milyon ABŞ dolları dəyərində 27 536 ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 27,8 milyon ABŞ dolları və ya 8,8% artım, həcm ifadəsində isə 36 878 ton və ya 57,2% azalma deməkdir.
Eyni zamanda, cari ilin ilk 11 ayında hava nəqliyyatı vasitəsilə Azərbaycana 6,645 milyard ABŞ dolları dəyərində 12 606 ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,268 milyard ABŞ dolları və ya 51,8% çox, həcm baxımıdan isə 552 ton və ya 4,2% azdır.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yüklərin daşınma vasitələri üzrə ümumilikdə 44,589 milyard ABŞ dolları dəyərində 53,808 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,5 milyard ABŞ dolları və ya 3,4% çox, həcm ifadəsində isə 642,4 min ton və ya 1,2% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 23,401 milyard ABŞ dolları dəyərində 44,146 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 936,6 milyon ABŞ dolları və ya 3,8% azalma, həcm ifadəsində isə 249,2 min ton və ya 0,6% artım deməkdir.
Eyni zamanda bu ilin ilk 11 ayında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 21,188 milyard ABŞ dolları dəyərində 9,662 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,4 milyard ABŞ dolları və ya 12,9% çox, həcm baxımıdan isə 891,6 min ton və ya 8,4% azdır.
