...

Azərbaycan investisiya üçün etibarlı və strateji məkandır - Hüseyn Büyükfırat

İqtisadiyyat Materials 16 Dekabr 2025 09:57 (UTC +04:00)
Azərbaycan investisiya üçün etibarlı və strateji məkandır - Hüseyn Büyükfırat

Bakı. Trend:

Azərbaycan investisiya üçün etibarlı və olduqca strateji məkandır.

Trend xəbər verir ki,bunuTürkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.

O qeyd edib ki, Azərbaycan son illər formalaşdırdığı stabil iqtisadi siyasət, şəffaf biznes mühiti və dövlət-özəl sektor əməkdaşlığı modeli ilə regionun ən cəlbedici investisiya məkanlarından birinə çevrilib.

"Azərbaycan hökumətinin həyata keçirdiyi islahatlar, investor hüquqlarının qorunması, vergi və gömrük sahəsində tətbiq olunan güzəştlər, eləcə də nəqliyyat-logistika imkanlarının genişlənməsi xarici sərmayədarlar üçün etibarlı və uzunmüddətli perspektivlər yaradır. Azərbaycan yalnız enerji sektoru ilə deyil, sənaye, aqrar sahə, logistika, rəqəmsal iqtisadiyyat və yaşıl enerji istiqamətlərində də böyük potensiala malikdir”, - deyə TÜİB sədri vurğulayıb.

H. Büyükfırat xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa və yenidənqurma proseslərinin investisiya baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

"Bu ərazilərdə yaradılan yeni sənaye zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, müasir infrastruktur və logistika xətləri həm yerli, həm də xarici investorlar üçün unikal imkanlar açır. Türk iş adamları Qarabağın dirçəlişini yalnız iqtisadi layihə kimi deyil, eyni zamanda tarixi, mənəvi və strateji məsuliyyət kimi dəyərləndirirlər. Qarabağın yenidən qurulması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, regionda dayanıqlı inkişaf və əməkdaşlıq üçün yeni mərhələ yaradır. TÜİB olaraq Türkiyə və Azərbaycan iş dünyası arasında investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, birgə layihələrin təşviqi və xüsusilə azad edilmiş ərazilərdə türk investorlarının fəal iştirakının təmin edilməsi əsas prioritetlərdən biridir”, - deyə Hüseyn Büyükfırat bildirib.

Xəbər lenti

Xəbər lenti