Bakı. Trend:
Kamboca ilə sərhəddə baş verən münaqişə nəticəsində həlak olan Tayland hərbçilərinin sayı 17-yə yüksəlib.
Trend xəbər verir ki, bu barədə “Matchon” qəzeti məlumat yayıb.
Məlumata görə, dekabrın 15-də davam edən döyüşlər zamanı daha bir Tayland zabiti həyatını itirib.
Qeyd edək ki, Kamboca ilə Tayland sərhədində kiçik silahlarla toqquşmalar dekabrın 7-də başlayıb.
