...

Süni intellektin tətbiqi əmək və işçi anlayışlarına yeni məzmun gətirir - Əli Əhmədov

Siyasət Materials 16 Dekabr 2025 11:37 (UTC +04:00)
Süni intellektin tətbiqi əmək və işçi anlayışlarına yeni məzmun gətirir - Əli Əhmədov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda əmək hüquqlarının qorunmasına dair hüquqi baza formalaşdırılıb.

Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, insan hüquqlarının, xüsusilə də əmək hüquqlarının qorunması və sosial rifahın təmin edilməsi hər bir cəmiyyətin və dövlətin inkişaf göstəricisi hesab olunur:

"Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, işçilərin əmək hüquqlarının qorunması sahəsində də mühüm vəzifələr müəyyənləşdirilib və onların həyata keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərilir. Qeyd olunmalıdır ki, əmək hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin daim diqqət mərkəzində saxladığı, xüsusi həssaslıq göstərdiyi sahələrdəndir. Azərbaycan Milli Məclisi tərəfindən əmək hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra qanunların qəbul edilməsi ölkədə insan və əmək hüquqlarının qorunması üçün etibarlı hüquqi baza yaradıb.

Məhz bu hüquqi baza əsasında bir tərəfdən Azərbaycan hökuməti vətəndaşların əmək hüquqlarının qorunması kimi məsuliyyətli vəzifəni uğurla həyata keçirir.

Yeni çağrışlar həmkarlar təşkilatlarının fəaliyyətinin yenilənməsini gələcəkdə ciddi şəkildə tələb edəcək. Kütləvi şəkildə robotlaşma, süni intellektin tətbiqi əmək və işçi anlayışlarına yeni məzmun gətirir. Mən inanıram ki, biz artıq əmək sahəsində köklü dəyişikliklərin şahidi oluruq və gələcəkdə bu daha aydın şəkildə özünü göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti