...

Litvada 500 kiloqrama yaxın heroin partiyası məhv edilib

Dünya xəbərləri Materials 16 Dekabr 2025 08:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litva tarixində müsadirə edilmiş ən böyük heroin partiyası – təxminən 500 kiloqram narkotik maddə məhv edilib.

Trend xəbər verir ki, bu barədə “LRT” məlumat yayıb.

Məlumata görə, narkotikin qara bazardakı dəyəri təxminən 40 milyon avro olaraq qiymətləndirilir.

Qaçaqmalçılıq yükü noyabr ayının sonlarında Avijeniai sərhəd keçid məntəqəsində MAN markalı yük avtomobilinin yoxlanışı zamanı aşkar edilərək müsadirə olunub. Gömrük orqanlarının bildirdiyinə görə, heroin tranzit yüklə daşınıb və Qərbi Avropa ölkələrinə göndərilməli idi. Ümumi çəkisi 498 kiloqram olan bu partiya təxminən 8 milyon doza narkotik maddə istehsalına imkan verə bilərdi.

Heroinin utilizasiyası təhlükəli tullantıların yandırılması üzrə ixtisaslaşmış “Toksika” şirkətində həyata keçirilib. Bildirilib ki, bu həcmdə narkotik maddənin yandırılması təxminən 1000 avroya başa gəlir, lakin proses zamanı əldə olunan enerji şirkətin öz ehtiyacları üçün elektrik enerjisinə çevrilir. Bir neçə saat davam edən proses Litva gömrük əməkdaşlarından ibarət xüsusi komissiyanın nəzarəti altında aparılıb.

Xəbər lenti

Xəbər lenti