...

Trampın oğlu nişanlandı

Dünya xəbərləri Materials 16 Dekabr 2025 11:34 (UTC +04:00)
Trampın oğlu nişanlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidentinin böyük oğlu Donald Tramp (kiçik Tramp - red.) 2024-cü ildən münasibətdə olduğu model Bettina Andersonla nişanlandığını elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Donald Tramp-kiçik bununla artıq üçüncü dəfədir ki, nişanlanır. O, bundan əvvəl keçmiş model və aktrisa Vanessa Trampla nikahda olub. Bu evlilik 12 il çəkib və onların birgə nikahdan 5 övladı var.

Qeyd edək ki, Vanessa 2018-ci ildə boşanma ilə bağlı məhkəməyə müraciət etmişdi.

Donald Tramp kiçik (31 dekabr 1977-ci il təvəllüdlü) biznesmen, yazıçı və siyasi fəaldır; o, ABŞ-nin prezidenti Donald Trampın böyük oğludur və hazırda 47 yaşındadır. O, “Trump Organization”da qəyyum və icraçı vitse-prezident vəzifələrini icra edir, televiziya layihələrində iştirak edib, kitablar yazıb və atasının siyasi kampaniyalarında fəal rol oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti