...

PAŞA Kapital ilə dollarda illik 7.8% gəlirli "AFB Bank" ASC istiqrazlarına investisiya imkanı

İqtisadiyyat Materials 16 Dekabr 2025 11:20 (UTC +04:00)
PAŞA Kapital ilə dollarda illik 7.8% gəlirli "AFB Bank" ASC istiqrazlarına investisiya imkanı

Bakı. Trend:

Yerli kapital bazarlarının lider investisiya şirkəti PAŞA Kapital, ölkənin bank sektorunda 15 ildən artıqdır ki, geniş xidmət şəbəkəsi ilə fəaliyyət göstərən "AFB Bank" ASC-yə məxsus istiqrazların qapalı yerləşdirilməsinə start verib.

5 milyon ABŞ dolları həcmində, ümumi sayı 50 000 ədəd olan istiqrazların əsas xüsusiyyətləri:

  • Nominal dəyər: 100 USD;
  • Gəlirlilik faizi: İllik 7.8%;
  • Faiz ödənişi: Rüblük;
  • Tədavül müddəti: 18 ay;
  • Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş;
  • Yerləşdirilmə üsulu: Qapalı

İstiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəli Çağrı Mərkəzinə və ya şirkətin Aktiv istiqraz təklifləri veb səhifəsi vasitəsilə müraciət edərək, keçiriləcək hərracda iştirak edə bilərlər.

Qeyd edək ki, Azərbaycan bank sektorunun fəal iştirakçılarından biri kimi AFB Bank biznes və fərdi müştərilərə müasir tələblərə cavab verən keyfiyyətli maliyyə xidmətlərini ölkə üzrə 7 filial, 4 şöbə və 56 bankomat vasitəsilə təqdim edir.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti