...

Azərbaycan kosmik fəzaya çıxarılan obyektlərin geri qaytarılması haqqında Sazişə qoşulur

Cəmiyyət Materials 16 Dekabr 2025 11:59 (UTC +04:00)
Azərbaycan kosmik fəzaya çıxarılan obyektlərin geri qaytarılması haqqında Sazişə qoşulur
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirlib ki, “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş” kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etmə barədə məlumat alan Tərəfin vəzifələrini müəyyən edir bu sahədə yarana biləcək münasibətlərin effektiv qaydada tənzimlənməsini nəzərdə tutur.

Sazişdə kosmonavtlara mümkün olan bütün yardımların göstərilməsini, onların dərhal təhlükəsiz geri qaytarılmasını və s. məsələləri tənzimləyən bir sıra vacib müddəalar müəyyən edilib.

Sazişdə qəza, fəlakət, təcili və ya gözlənilmədən eniş səbəbi ilə kosmik gəminin şəxsi heyəti üçün bütün mümkün tədbirlərin görülməsi öhdəliyi müəyyənləşir, Razılığa gələn Tərəflərin üzərinə bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin dərhal məlumatlandırılması vəzifəsi qoyulur.

Saziş 1968-ci il aprelin 22-də imzalanıb, həmin il dekabrın 3-də qüvvəyə minib.

"Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş"ə qoşulmaq barədə qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti