...

Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib (FOTO)

İqtisadiyyat Materials 16 Dekabr 2025 13:02 (UTC +04:00)
Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Sərəncamları ilə təltif olunan dəmir yolu nəqliyyatı işçiləri və Bakı Metropoliteninin əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təltif olunan sahə işçilərini təbrik edib, dövlət başçısına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 13 oktyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 9 nəfər “Tərəqqi” medalına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti