...

Kəmaləddin Heydərov 20 il ərzində FHN-də görülən işləri açıqlayıb

Cəmiyyət Materials 16 Dekabr 2025 13:01 (UTC +04:00)
Kəmaləddin Heydərov 20 il ərzində FHN-də görülən işləri açıqlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

44 günlük Vətən müharibəsi Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi işğaldan azad edilən ərazilərimiz qazanılan uğurların zirvəsində dayanır.

Trend xəbər verir ki, bu fikirləri bu gün Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü və Nazirliyin yaradılmasının 20-ci ildönümü ilə əlaqədar FHN-in Akademiyasında keçirilən təntənəli mərasimdə deyib.

O bildirib ki, qüdrətli Azərbaycan ordusu cəmi 44 gün davam edən Dəmir Yumruq əməliyyatı çərçivəsində Ermənistanın işğal altında olan torpaqlarımızı işğaldan azad edib ədaləti bərpa etdi.

“2023-cü ildə antiterror əməliyyatından sonra Azərbaycanən ərazi bütövlüyü tam olaraq bərpa edildi. İşğaldan azad edilən ərazilərimiz yenidən qurulur, bu torpaqlara həyat geri qayıdır”.

K.Heydərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev istər sovetlər dövründə, istər müstəqillik illərində xalqımızın firavan yaşayışına daim xüsusi diqqətlə yanaşıb.

“1971-ci ildə indiki neft zavodunda baş verən yanğın, İsmayıllıda dağıdıcı zəlzələ, 1986-cı ildə Çernobl atom elektrik stansiyasında güclü partlayış, 1994-cü ilin mart və iyul aylarında metroda törədilən terror aktları, 2000-ci ilin mart ayında Bayıl yamacında torpaq sürüşməsi, həmin ilin Bakıda baş verən zəlzələ zamanı Ulu Öndər Heydər Əliyev dərhal hadisə yerinə gələrək struktur orqanları hadisənin nəticələrinin aradan qaldırılması üçün səfərbər edib”.

Nazir qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyi yaradıldı və bununla da fövqəladə hallara dövlət səviyyəsində sistemli yanaşılmanın əsası qoyuldu.

“FHN peşəkar dövlət orqanı kimi formalaşdırılıb. Ötən illər ərzində 1134 texnika, 789 yanğınsöndürən maşın alınaraq istiasmara verilib. FHN-nin 9 reginonal mərkəzi istifadəyə verilib. Bu illlər ərzində yanğından mühafizə üzrə 80 bina tikilib. Hər il 70000-ə yaxın obyektə yanğın əleyhinə texniki müayinə keçirilir”.

Nazir vurğulayıb ki, bütövlükdə 20 il ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox böyüdülüb, irimiqyaslı bərpa və quruculuq işləri aparılıb.

“2007-ci ildə 4517 təbii və texnogen hadisə, 2024-cü ildə isə 14856 təbii və texnogen hadisə qeydə alınıb. 2024-cü ildə baş verən fövqəladə hallar zamanı 29000-ə yaxın zərərçəkmiş, 5700-ə yaxın batma təhlüləsiz altında olan şəxs xilas edilib. 2007-ci ildə təbi və texnogen hadisələr zamanı 132 nəfər, 2024-cü ildə isə bu hadisələr zamanı 83 nəfər həyatını itirib”,-deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti