Bakı. Trend:
Hazırda Azərbaycanda 9342 kollektiv müqavilə və 123 sahə kollektiv sazişi qüvvədədir.
Trend xəbər verir ki, bunu Konfederasiya sədri Sahib Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında hesabat məruzəsi ilə çıxışında bildirib.
Onun sözlərinə görə, dövrün tələblərinə uyğun olaraq, sosial tərəfdaşlığın formaları da ildən-ilə təkmilləşdirilir, hər yeni Baş Kollektiv Sazişdə müasir və perspektivli müddəalar öz əksini tapır:
"Ötən ay Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nı tərəfdaşlarımızla birgə imzaladıq. Bu mühüm sənəd sosial tərəfdaşlığın daha da güclənməsinə, işçilərin sosial müdafiəsinin genişlənməsinə və ölkəmizin əmək bazarında davamlı, inklüziv inkişafın təmin olunmasına xidmət edir".
