...

Meksikada təyyarənin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 16 Dekabr 2025 06:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksika ştatının Toluka şəhərində yerləşən beynəlxalq hava limanı yaxınlığında özəl təyyarənin qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə dövlət mülki müdafiə xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarə Akapulkodan (Qerrero ştatı) Tolukaya uçan, XA-PRO quyruq nömrəli “Cessna Citation III” olub. Təyyarədə səkkiz sərnişin və iki heyət üzvü olmaqla ümumilikdə 10 nəfər olub. İlkin məlumatlara əsasən, onlardan altısı həlak olub.

Mülki Müdafiə Xidməti hadisə yerində xilasetmə və araşdırma işlərinin davam etdiyini bildirib. Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

xxx

01:23

Meksika ştatının Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında biznes təyyarəsi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, təyyarə hava limanına yaxınlaşma zamanı qəzaya uğrayıb və zərbə anında yanğın başlayıb. Hadisə yerindən xeyli məsafədən qalın qara tüstü görünüb.

Qəzaya Akapulkodan (Qerrero) Tolukaya uçan XA-PRO quyruq nömrəli "Cessna Citation III" təyyarəsi səbəb olub. Hazırda təyyarədə olan insanların sayı və mümkün ölən və ya yaralananlarla bağlı təsdiqlənmiş məlumat yoxdur.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları, Mülki Müdafiə və Meksika Dövlətinin təhlükəsizlik qüvvələri cəlb olunub. Ərazi mühasirəyə alınıb və ətrafda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Qəzanın səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti