...

Luvr muzeyi işçilərin tətili səbəbindən dekabrın 15-də bağlı olub

Dünya xəbərləri Materials 16 Dekabr 2025 08:58 (UTC +04:00)
Luvr muzeyi işçilərin tətili səbəbindən dekabrın 15-də bağlı olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın məşhur Luvr muzeyi dekabrın 15-də işçilərin tətilinə görə fəaliyyət göstərməyib.

Trend xəbər verir ki, bu məlumatı “Reuters” yayıb.

Əməkdaşlar maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Tətil oktyabr ayında baş verən qarət hadisəsindən sonra fəaliyyətini normal qaydada bərpa edə bilməyən muzeydəki iş prosesinə əlavə problemlər yaradıb. Məsələdən xəbərsiz olan yüzlərlə turist isə muzeyi ziyarət etmək üçün uzun növbələrdə gözləməli olub.

İşçilər rəhbərliyin sərtləşdirilmiş idarəetmə metodları və ziddiyyətli tapşırıqlardan narazı olduqlarını bildiriblər. Tətil qərarı əməkdaşların ümumi yığıncağında yekdilliklə qəbul olunub.

“France 24” telekanalının məlumatına görə, aksiyada təxminən 400 işçi iştirak edib.

Xəbər lenti

Xəbər lenti