...

Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı müzakirə edib

İqtisadiyyat Materials 16 Dekabr 2025 12:56 (UTC +04:00)
Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İsrail iqtisadi əməkdaşlığın gündəmində olan məsələlər müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iqtisadi əməkdaşlığımızın gündəmində olan məsələləri nəzərdən keçirdik. Enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycan – İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilən prioritet istiqamətlərdə işbirliyi barədə müzakirələr apardıq”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İsrail arasında ticarət əməliyyatlarının həcmi 73,396 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 686,9 milyon ABŞ dolları və ya 10,4 dəfə azdır.

Hesabat dövründə İsrail ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,16%-i həcmində olub.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan İsrailə 22,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 708,6 milyon ABŞ dolları və ya 32,8 dəfə azdır.

Hesabat dövründə İsraildən Azərbaycana isə 51,1 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,8 milyon ABŞ dolları və ya 74,3% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti