...

Azərbaycanın "Mərkəzi Asiya+Azərbaycan formatı"na qoşulması regional əməkdaşlığa yeni strateji impuls verib

Cəmiyyət Materials 16 Dekabr 2025 12:28 (UTC +04:00)
Azərbaycanın "Mərkəzi Asiya+Azərbaycan formatı"na qoşulması regional əməkdaşlığa yeni strateji impuls verib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının "Mərkəzi Asiya+Azərbaycan formatı"na qoşulması təkcə dövlətlərimiz arasında qarşılıqlı əlaqəni gücləndirməklə kifayətlənməyib, həm də bütün regional əməkdaşlıq arxitekturasına yeni strateji impuls bəxş etdi.

Trend xəbər verir ki, bunu Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkələrimiz arasındakı münasibətlər artıq bütün sınaqlardan uğurla keçib və bu gün ən yüksək səviyyədədir:

"Bütün sahələr üzrə artmaqda olan Özbəkistan-Azərbaycan əməkdaşlığının çoxsaylı nümunələri mövcuddur. Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəy adına məktəb və Özbəkistan tərəfinin dəstəyi ilə Xankəndidə iri tikiş fabriki fəaliyyət göstərir. Bakıda isə 5 hektar ərazidə “Özbəkistan Parkı” salınır – bu park dostluğun, mədəni mübadilənin və əməkdaşlığın simvoludur.

44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpası, torpaqların işğalçılardan azad edilməsi uğrunda əldə olunan böyük qələbə üçün sizinlə birlikdə biz də qürur duyuruq.

Bugünkü qurultay Azərbaycanda güclü, yenilənmiş və ədalətli həmkarlar ittifaqı hərəkatının formalaşması yolunda növbəti mühüm mərhələ olacaq. Bu gün Azərbaycan həmkarlar ittifaqları konfederasiyası möhkəm təməl üzərində dayanır və eyni zamanda yeni nailiyyətlərin astanasındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti