Bakı.Trend:
Tovuzda sürücülük hüququ olmayan şəxs idarə etdiyi avtomobillə qəza törədib.
Trend-in məlumatına görə, hadisə dekabrın 15-i baş verib.
Belə ki, Mürvət Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” minik markalı avtomobili Tovuz rayonu Aşırallar kəndi ərazisində aşırması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Tovuz RPŞ-nin İB-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
