...

Yanvar-noyabr aylarında Azərbaycandan ixrac olunan neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 16 Dekabr 2025 12:17 (UTC +04:00)
Yanvar-noyabr aylarında Azərbaycandan ixrac olunan neftin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə 11,5 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 22,1 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Trend-ə Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu, 1,8 milyard ABŞ dolları və ya 13,5% azdır, həcm baxımından isə bu göstərici 576 min ton və ya 2,7% artıb.

Cari ilin ilk 11 ayında ixrac olunan məhsulların ümumi ixrac həcmindəki payı 49,21% təşkil edib.

Eyni zamanda hesabat dövründə Azərbaycandan 390,3 milyon ABŞ dolları dəyərində 671,1 min ton ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faizi və ya daha çox olan məhsullar ixrac edilib.

Ötən ilin ilk 11 ayı ilə müqayisədə bu göstərici dəyər ifadəsində 68,1 milyon ABŞ dolları və ya 21,1% , həcm ifadəsində isə 154 min ton və ya 29,8% artıb.

Bu dövr ərzində qeyd olunan məhsulların ölkənin ümumi ixracındakı payı 1,67% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti