Bakı. Trend:
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” noyabr ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 86,15 Mb/s, mobil internetin median sürəti isə 83,37 Mb/s olub.
Oktyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 1,33 MB/s, yaxud 1,57%, mobil internetin sürəti isə 3,43 Mb/s və ya 4,29% yüksəlib.
Qeyd olunan dinamika ölkədə rəqəmsallaşma proseslərinin sürətlənməsi, elektron xidmətlərə tələbatın artması, distant iş və təhsil imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın qlobal internet sürəti reytinqlərində mövqeyinin yaxşılaşdığını göstərir.
