...

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Siyasət Materials 6 Fevral 2026 15:49 (UTC +04:00)
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məsciddə baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“İslamabadda məsciddə törədilən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan faciəvi terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

İbadət edənlərin müqəddəs məkanda hədəf alındığı bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik.

Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik”, -paylaşımda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Pakistanla həmrəydir və sülhün, sabitliyin, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə qəti dəstəyini bir daha bəyan edir.

Qeyd edək ki, fevralın 6-da Pakistanın paytaxtı İslamabadda məsciddə partlayış baş verib. Partlayış nəticəsində ən azı 31 nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti