Bakı. Trend:
Kanada Ukraynaya Amerika istehsalı olan AİM raketləri tədarük edəcək. Məqsəd müharibə şəraitində olan ölkənin hava hücumlarından müdafiə sistemini gücləndirməkdir.
Trend xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Naziri Mixail Fedorov öz rəsmi “X” səhifəsində yazıb.
Nazir raketlərin miqdarı barədə təfərrüatlar açıqlamasa da, onların tədarükünün artıq başladığını bildirib.
Fedorovun sözlərinə görə, kanadalı həmkarı Devid Makqinti ilə apardığı telefon danışığı zamanı pilotsuz uçuş aparatlarının birgə istehsalı, birgə hərbi hazırlıq və ordular arasında hərbi bilik və təcrübə mübadiləsi imkanları barədə müzakirələr aparılıb.
