...

"Fənərbaxça"nın futbolçusu Rusiya klubuna keçir

İdman Materials 6 Fevral 2026 13:10 (UTC +04:00)
"Fənərbaxça"nın futbolçusu Rusiya klubuna keçir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Əl-Nəsr"in futbolçusu, icarə əsasında "Fənərbaxça"da çıxış edən Con Duran Türkiyədən ayrılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı hücumçu "Zenit"lə anlaşıb.

O, Sankt-Peterburq təmsilçisi ilə icarə müqaviləsi imzalayacaq.

22 yaşlı futbolçunun "Əl-Nəsr"lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Qeyd edək ki, kolumbiyalı bu mövsüm "Fənərbaxça"nın heyətində 21 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Duran "Enviqado" və "Çikaqo" klublarında da oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti