...

Güllələnən müəllimin son vəziyyəti açıqlandı - Rəsmi

Hadisə Materials 6 Fevral 2026 16:12 (UTC +04:00)
Güllələnən müəllimin son vəziyyəti açıqlandı - Rəsmi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Bu barədə Trend-ə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub.

"Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, fevralın 6-da saat 09:10 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş atasına məxsus ov silahı ilə liseydə müəllim işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Hadisə törədən məktəbli saxlanılıb. Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti