...

BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqların bərpa olunmasını alqışladı

Dünya xəbərləri Materials 6 Fevral 2026 21:14 (UTC +04:00)
BMT-nin baş katibi ABŞ ilə İran arasında danışıqların bərpa olunmasını alqışladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Tehran və Vaşinqton arasında davam edən dialoqu dəstəklədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Baş katibin ofisinin rəsmi açıqlamasında bildirilib.

"Baş katib İran İslam Respublikası ilə ABŞ arasında bu gün yenidən başlayan danışıqları alqışlayır və ümid edir ki, bu danışıqlar regional gərginliyin azaldılmasına və daha geniş böhranın qarşısının alınmasına kömək edəcək", - deyə bildirilib.

Qeyd edilib ki, bütün narahatlıqlar sülh yolu ilə həll edilə bilər və edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti