...

Bakı sakini hamamda dəm qazında boğuldu

Hadisə Materials 7 Fevral 2026 09:14 (UTC +04:00)
Bakı sakini hamamda dəm qazında boğuldu
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı sakini hamamda dəm qazında boğulub.

Trend-in məlumatına görə, hadisə ötən gün saat 12-16 radələrində baş verib.

Belə ki, Anar Dadaşov Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Bakı şəhəri, Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti